Xəbər verdiyimiz kimi, Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.
Ednews xəbər verir ki, onunla vida mərasimi keçirilib. Xmelnitski sakinləri Rəşad Orucovun xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə hərbçinin ailə üzvləri, dostları və yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.
O, Rakove məhəlləsindəki Şöhrət Xiyabanında dəfn edilib.