Xerson boşaldılır - 70 min insan təxliyə edilib - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Xerson boşaldılır - 70 min insan təxliyə edilib

Dünya A- A A+
Rusiyanın ilhaq etdiyi Xerson vilayətində 70 minə yaxın sakin Dnepr çayının sağ sahilindən sol sahilinə köçürülüb.
 
Ednews "TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Xerson vilayətinə müvəqqəti olaraq “rəhbərlik” edən Vladimir Saldo açıqlayıb.
 
Xatırladaq ki, Vladimir Saldo oktyabrın 18-i bölgə sakinlərinin Dnepr çayının sol sahilinə köçürüləcəyini elan edib.
 
Buna səbəb olaraq isə Ukrayna tərəfinin Kaxovka Su Elektrik Stansiyasına zərbə endirəcəyi təqdirdə daşqın təhlükəsinin olduğu göstərilib. Oktyabrın 28-i isə sakinlərin təxliyəsi başa çatıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...