Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti 2022-ci il dekabrın 1-dən bütün istehlakçılar (həm sənaye, həm də əhali üçün) üçün topdansatış qaz qiymətlərini 8,5% indeksləşdirməyi təklif edib.
Ednews bildirir ki, bu barədə "report" xidmətin mətbuat şöbəsinə istinadən məlumat yayır.
Qeyd olunub ki, indeksasiya qaza tələbatın azalmasına gətirib çıxarmayacaq, qazlaşdırma proqramının həyata keçirilməsi nəzərə alınmaqla məişət istehlakçıları üçün tədarükün həcmi artacaq.