Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində riyaziyyat müəllimi şagirdini döyüb.
Ednews ntv.ru-ya istinadən xəbər verir ki, riyaziyyat müəllimi İvan Solovyov şagirdinə qarşı göstərdiyi şiddət görüntülərinin internetdə yayıldığını gördükdən sonra yoxa çıxıb.
Məktəbli isə aldığı zədələrdən və qorxudan dolayı məktəbdə getməkdən imtina edtmək istəyir.
Məktəb direktoru İrina Rojkova müəllimin bu cür aqressiyaya səbəb ola biləcəyini anlamadığını və təəccüb içində olduğunu deyib. O, qeyd edib ki, müəllim bu hərəktləri ilə əxlaqsızlıq edib və cəzasını mütləq alacaq.
Faktla bağlı cinayət işi açılıb. Polislər müəllimin axtarışını davam etdirirlər.
Oğuz Ayvaz