2004-cü ildə lentə alınan "Qəza" filminə görə "Ən Yaxşı Rejissor" və "Ən Yaxşı Ssenari" Oskarlarını qazanan kanadalı rejissor və ssenarist Pol Haqqisə qarşı bir sıra xoşagəlməz ittihamlar irəli sürülüb.
Ednews xəbər verir ki, zorakılıq ittihamı ilə ona qarşı açılan iddiada Haqqis təzminat cəzasına məhkum edilib.
Nyu-Yorkdakı məhkəmədə münsiflər heyəti Haqqisin Haleigh Breestə 10 milyon dollar təzminat ödəməsi qərarına gəlinib.
Məhkəmə qərarının onu maddi cəhətdən “məhv etdiyini” deyən Haqqis apellyasiyaya şikayət edəcəyini bildirib.
O, həmçinin adını təmizləyərək ölmək istədiyini açıqlayıb.
Qeyd edək ki, Breest 2017-ci ildə məhkəməyə müraciət edərək Haggisin onu evinə aparmaqda və zorlamaqda ittiham edib.
Nəzrin Beydiyeva