Donald Trampın kilidi açılmış Twitter hesabı noyabrın 20-də yeddi saat ərzində 25 milyon izləyiciyə çatıb.
Ednews xəbər verir ki, bu barədə informasiya ABŞ-ın keçmiş prezidentinin Twitter hesabında yer alıb.
Xatırladaq ki, 2021-ci ilin yanvarında Co Baydenin qalib gəldiyi 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinə etirazlardan sonra bir sıra sosial şəbəkələr o vaxt hələ dövlət başçısı olan Donald Trampın hesablarını bloklayıb.
Bundan əvvəl “Twitter” sosial şəbəkəsini alan amerikalı iş adamı və milyarder İlon Mask Trampın hesabını blokdan çıxarmaq qərarına gəlib.