Ukrayna Rumıniyadan elektrik enerjisi almağa başlayıb.
Ednews TASS-a istinadən xəbər verir ki. Artıq bununla bağlı ilk test alışı həyata keçirilib.
Ukrayna Dövlət Energetika Şirkətinin yaydığı məlumata görə, dövlətin energetika treyderi olan “Ukrayna Energetika Şirkəti” ASC noyabrın 27-də test rejimində Rumıniyadan qeyri-kommersiya məqsədli 1 MVt həcmində elektrik enerjisi idxal edib.
Şirkət elektrik enerjisinin idxalı hüququnu noyabrın 24-də milli energetika şirkəti “Ukrenerqo” tərəfindən keçirilən hərracda əldə edib.