Moldovada hökumət elektrik enerjisi ilə bağlı əhaliyə çağırış edib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, çağırışa səbəb ölkəni qarşıda elektrik enerjisi ilə bağlı çətin günlərin gözləməsidir.
Məlumata görə, Moldovanın 74 faizini elektrik enerjisi çatışmazlığı gözləyir və hökumət xalqı qənaət etməyə çağırıb.
Məsələ ilə bağlı Moldova Baş nazirinin müavini Andrey Spin bildirib ki, Avropa bazarlarında, xüsusən də Rumıniyada elektrik enerjisinin qiyməti demək olar ki, 30-40 % artıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya endirdiyi kütləvi raket zərbələri nəticəsində sərhəd Moldovanın da elektrik stansiyaları ciddi zərər görüb.