İŞİD terror təşkilatının lideri Əbülhəsən Əl-Həşmi Əl-Qureyşinin öldürüldüyü barədə məlumat yayılıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, terrorçunun harada öldürüldüyü açıqlamayıb.
Qeyd edık ki, bundan əvvəl də İŞİD terror təşkilatının liderlərindən biri məhv edilmişdi.
Belə ki, bir müddət öncə İŞİD-in İraq və Suriya xaricində əlaqələrin təşkilatçısı olan Mahir Əl Aqal öldürülmüşdü.