Monteneqroda iğtişaşlar baş verib.
Ednews xəbər verir ki, bu barədə “Novıye İzvestiya” portalı məlumat yayıb. Qeyd edilib ki, iğtişaşlar adıçəkilən ölkənin Podqoritsa şəhərindəki parlament binası qarşısında keçirilib.
Aksiya iştirakçıları prezidentin səlahiyyətləri haqqında qanuna etiraz edib.
“Xəyanət!” şüarları səsləndirən etirazçılar parlament binasının qarşısındakı hasarı söküb, qapılarını sındırıblar. Etirazçılar bildiriblər ki, prezident haqqında qanuna edilən dəyişikliklər konstitusiya quruluşunu məhv etmək məqsədi daşıyır.
Polis əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.