ABŞ-da duzlu su istehsalı ilə məşğul olan müəssisədə insan ürəyi tapılıb
Ednews xəbər verir ki, Tennessi Tədqiqat Bürosu, işçilərin ürəyi Naşvilledən təxminən 90 mil cənub-qərbdə, McEuven dövlət duz zavodunda tapdıqlarını söyləyib. Araşdırmalar nəticəsində, ürəyin ilk müayinəsində yetkin bir kişiyə aid olduğu müəyyən olub.
Hadisənin anlaşılması üçün əlavə DNT testi ediləcək.
Humphreys şerifi Kris Davis hadisədən sonra verdiyi açıqlamada "32 ildir hüquq-mühafizə orqanında işləyirəm. Deyə bilərəm ki, bu hadisə indiyə qədər gördüyüm ən qəribə hadisələrin ilk 5-liyindədir",- deyə o bildirib.
Nəzrin Eldarqızı