Bolqarıstan Ukraynaya yeni hərbi yardım paketi göndərməyə hazırlaşır
Ednews “Unian“a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan müdafiə naziri Emil Eftimov bildirib. O, hərbi yardım göndərmək üçün logistika əməliyyatına başladıqlarını qeyd edib.
Nazir Ukraynaya konkret hansı hərbi texnikanın və silah-sursatın göndəriləcəyini dəqiqləşdirməyib: “Bolqarıstan müəyyən silah və texnika dəsti təklif edib”, o deyib.