Rusiya Ordusu Ukraynanın Xerson şəhərini intensiv atəşə tutur.
Ednews xəbər verir ki, bu barədə teleqram kanallarında video görüntülər yayılıb.
Məlumata görə, Xerson səhər saatlarından etibarən yandırıcı mərmilərlə atəşə tutulur.
Xerson vilayət administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç şəhərin atəşə tutulması nəticəsində ölənlərin sayının 10 nəfərə çatdığını bildirib:
"Hazırda şəhər mərkəzinə endirilən zərbələr nəticəsində 55 yaralı və 10 ölü var. 18 yaralının vəziyyəti ağırdır. Yaralılar arasında altı yaşlı uşaq da var".