Moskvada Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş olub.
Ednews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, müdafiə nazirləri regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.
Nazirlər, həmçinin, Suriya böhranını və bu ölkədə ekstremist qüvvələrlə mübarizə tədbirlərini müzakirə ediblər.