ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeni yardım paketinin 225 milyon dolları Kiyevin hərbi potensialının uzunmüddətli gücləndirilməsi və Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün ayrılıb.