Tayvandan Sinqapura uçan sərnişin təyyarəsində baş verən yanğın nəticəsində 2 sərnişin yaralanıb və uçuş təxirə salınıb.
Ednews xəbər verir ki, sosial mediada yayılan videoya görə “Power Bank” partlaması nəticəsində baş verən yanğın sərnişinlərin panikaya düşməsinə səbəb olub.
Təyyarə də olan işçilər yanğınsöndürəndən istifadə edərək çıxan yanğını söndürməyə çalışıb.
Qeyd edək ki, “Power Bank”ın sahibi və yanında olan sərnişinin barmaqları yüngül yanıq xəsarətləri alıb və onlara lazımı tibbi yardım göstərilib.
Loğman Yunis