Ednews xəbər verir ki, 75 yaşlı aktyor Kaliforniya ştatının Palm Sprinqs şəhərindəki Eyzenhauer Tibb Mərkəzində koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, 70-ci illərdən karyerasına start verən Ben Masters "Kojak", "Kolçak", "Bütün bu caz", "Qətli o yazdı", "Casus oyunları" kimi məşhur filmlərdə rol alıb.