Bazar günü Nepalda Yeti Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 30 nəfər həlak olub.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə BNO agentliyi ölkənin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, təyyarənin göyərtəsində 72 nəfər, o cümlədən 10 xarici vətəndaş olub. Qəza Nepalın qərbindəki Pokxara şəhərində baş verib.
Aviaşirkətin sözçüsü Sudarşan Bartola bildirib ki, “təyyarə qəzasında sağ qalanların olub-olmadığı hələlik məlum deyil”.
O, qeyd edib ki, Fransa-İtaliya konserni ATR tərəfindən istehsal olunan ATR 72 sərnişin təyyarəsi yerə çırpılıb.