Filippində daşqınlar nəticəsində 27 nəfər ölüb - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Filippində daşqınlar nəticəsində 27 nəfər ölüb

Dünya A- A A+

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 27 nəfər ölüb.

Ednews xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının dərc olunmuş hesabatında qeyd olunub.

Bildirilib ki, 11 nəfər xəsarət alıb, daha 3 nəfər itkin düşüb. Məlumata görə, daşqınlar ölkənin 13 regionunda 614,1 mindən çox filippinliyə ziyan vurub. Bundan əlavə, daha 112,5 min sakin təxliyə edilməli olub.

Sel 215 yola, 54 körpüyə və 24 dəniz limanına ziyan vurub, 532 şəhərdə məktəblər və fabriklər müvəqqəti bağlanıb, 31 şəhərdə fövqəladə vəziyyət elan edilib.

İnfrastruktura dəyən ümumi ziyan 3,12 milyon dollar qiymətləndirilir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...