Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun paytaxtı Minskə işgüzar səfərə gedib.
Ednews xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.
Bildirilib ki, S.Lavrov Rusiya və Belarus Xarici İşlər nazirliklərinin kollegiyalarının birgə iclasında iştirak edəcək.
Həmçinin qeyd edilib ki, Lavrovun belaruslu həmkarı Sergey Aleynik və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü planlaşdırılıb.