Braziliya və Argentina tezliklə vahid valyutanın yaradılması üzərində işə başladığını elan edəcəklər. Bu da dünyada ikinci ən böyük valyuta blokunun (avrodan sonra) yaradılmasına gətirib çıxara bilər.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “The Financial Times” nəşri yayıb.
Mənbə yazır ki, Braziliyanın sur (cənub) adlandırdığı yeni valyutanın əsas məqsədi regional ticarəti gücləndirmək və dollardan asılılığı azaltmaqdır.
Qəzetin məlumatına görə, layihəyə qoşulmaq üçün digər Latın Amerikası ölkələri də dəvət olunacaq.