“Diplomatik nümayəndəliklərə hücumu qətiyyətlə pisləyirəm” - Macarıstan Prezidenti - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

“Diplomatik nümayəndəliklərə hücumu qətiyyətlə pisləyirəm” - Macarıstan Prezidenti

Dünya A- A A+

"Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı verirəm".

Ednews xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Katalin Novak özünün “Twitter” hesabında paylaşım edib.

"Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm", - ölkə rəhbəri qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...