Türkiyədə avtobus qəzası: - 4 nəfər öldü - 24 yaralı var - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Türkiyədə avtobus qəzası: - 4 nəfər öldü - 24 yaralı var

Dünya A- A A+
Türkiyənin Kayseri əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.
 
Ednews xəbər verir ki, avtobus yoldan kənara çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfər həlak olub, 24 nəfər isə xəsarət alıb.
 
Məlumata əsasən, avtobus Malatyadan İstanbula gedirmiş. Hadisə yerinə çox sayda xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.
 
Qeyd edilir ki, 3 nəfər qəza yerində, 1 nəfər isə xəstəxanada ölüb. Eyni zamanda bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.
 
Avtobus sürücüsü polislər tərəfindən saxlanılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...