Podolyakdan Maska İTTİHAM - “Rusiyanın təbliğatına kömək etmək lazım deyil” - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Podolyakdan Maska İTTİHAM - “Rusiyanın təbliğatına kömək etmək lazım deyil”

Dünya A- A A+

Ukrayna Prezidenti Ofisinin müşaviri Mixaylo Podolyak amerikalı milyarder, “Twitter”in sahibi İlon Maskı Ukrayna ilə müharibədə Rusiyanın xeyrinə təbliğat aparmaqda ittiham edib. 

Ednews xəbər verir ki, bunu Mixaylo Podolyak rəsmi “Twitter” hesabındakı paylaşımı ilə edib. 

“İlon Mask, bəlkə ukraynalıların rəsmi hesablarını  bədbinləşdirməyi dayandırıb, əhatə dairəsini zorla azaltmağı dayandırasınız? Hər şey göz önündədir.

Rusiyanın təbliğatına kömək etmək lazım deyil. Bu, onlara kömək etməyəcək, əksinə bununla  “Twitter”in  reputasiyası ölür. Bəlkə “Twitter” sahibinə rəqabət qaydalarını izah etmək üçün tənzimləyici lazımdır?”, - deyə Podolyak paylaşımda qeyd edib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...