İstanbuldakı avtobus qəzasında xəsarət alan azərbaycanlı VƏFAT ETDİ - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

İstanbuldakı avtobus qəzasında xəsarət alan azərbaycanlı VƏFAT ETDİ

Dünya A- A A+

İstanbulun Baxçalıevlər rayonunda avtobus dayanacağa çırpılması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşı xəstəxanada vəfat edib.

Ednews xəbər verir ki, bu barədə məlumatı İHA yayıb.

Məlumata görə, qəzada həlak olanların sayı 2-yə çatıb. Xəsarət alan 4 nəfərin müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün Baxçalıevlər meydanındakı dayanacaqda baş verib. D-100 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus idarəetmədən çıxaraq ticarət mərkəzinin yaxınlığındakı dayanacaq qarşısında mikroavtobusa çırpılıb.
Nəticədə 1 nəfər yerindəcə ölüb, 5 nəfər yaralanıb. Yaralılardan həmyerlimiz Əhməd Rzayev isə bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...