Bu gün saat 13:25 radələrində Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkan olub.
Ednews CNN Türkə istinadən xəbər verir ki, təkan Türkiyənin bir çox bölgəsində hiss edilib.
Ərazidə 7,8 bal gücündə yeni zəlzələ qeydə alınıb.
Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.7 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb. 5385 yaralı var. 1710 bina isə dağılıb.