Bazar ertəsi günü baş verən zəlzələdən sonra Suriyanın şimal-qərbindəki həbsxanada məhbuslar qiyam qaldırıb, nəticədə ən azı 20 nəfər terrorçu dəstə əsasən İŞİD qruplaşması üzvlərinin saxlandığı həbsxanadan qaçıb.
Ednews xəbər verir ki, Türkiyə sərhədi yaxınlığındakı Raco şəhərindəki hərbi polis həbsxanasında 2000-ə yaxın məhbus saxlanılır, onlardan 1300-ü İŞİD-in terrorçu üzvlərindəndir.
Həbsxanada kürdlərin rəhbərlik etdiyi qüvvələrin döyüşçüləri də saxlanılır.
"Zəlzələdən sonra ortalıq qarışmağa başladı və məhbuslar qiyam qaldıraraq, həbsxananın bəzi hissələrinə nəzarəti ələ keçirib," deyə, bu sözləri həbsxanaya nəzarət edən türk əsilli hərbçi deyib.
Mənbə əlavə edib ki, 7,8 bal gücündə olan zəlzələnin ardınca bölgədə onlarla zəlzələ baş verib, həbsxanaya ziyan dəyib, divarlar və qapılar çatlayıb.
Elnur Ənvəroğlu