Türkiyədə növbəti zəlzələ gözlənilirmi? Professorlardan PROQNOZ

Dünya 11:01 08.02.2023

"Kahramanmaraş zəlzələsi 130 atom bombasının fəsadlarına bərabər olan nəhəng bir zəlzələdir".

Ednews xəbər verir ki, bu sözləri türkiyəli professor Okan Tüysüz belə deyib. O bildirib ki, zəlzələnin təsiri azı 300 kilometr diametri əhatə edib:

"Yer səthinə yaxınlığını nəzərə alsaq, dayaz zəlzələdir. Batumidən Misirə və Kiprə qədər geniş bir ərazidə hiss olunub. Sonuncu dəfə 1999-cu il avqustun 17-də bu maqnitudada zəlzələnin şahidi olmuşuq. Son 23 ildə yaşadığımız ən böyük zəlzələdir. Bu, gözlənilən zəlzələ idi. Çünki Şərqi Anadolu xətti uzun illərdir ki, səssiz idi. 24 yanvar 2020-ci ildə Elazığda zəlzələ olub. Bu zəlzələdən sonra Şərqi Anadolu fayının Pazarcık hissəsinə diqqət çəkildi. Nəzərə alsaq ki, 1513-cü ildən bəri bölgədə heç bir zəlzələ olmayıb, onda bu böyüklükdə zəlzələ təəccüblü deyil".

Türkiyəli professor Süleyman Pampal da zəlzələnin gözlənilən olduğunu ifadə edib:

"İllərdir gözlədiyimiz və danışdığımız zəlzələ idi. Zəlzələnin baş verdiyi Şərqi Anadolu xətti Türkiyənin ən təhlükəli, ən aktiv və bir müddətdir zəlzələlərə səbəb olan faylarından biridir. Bu qırılmanın Sincik, Gölbaşı, Türkoğlu və Hatay seqmentlərində seysmik boşluqlar, zəlzələ potensialı yüksək olan ərazilər var idi. Bu ərazilərdə zəlzələlər gözlənilən idi"

Türkiyəli professor Şərif Barış isə zəlzələ barədə belə deyib: "Həmin bölgədə gözlənilən zəlzələ 6,8-6,9 bal gücündə olmalı idi. Amma indiki hesablamalara görə, bu zəlzələnin gücü 7,7-7,8 bal gücündədir. Bu, yalnız iki xəttin eyni anda qırılması və ya bir-birinin ardınca qırılması ilə mümkün ola bilər".

Türkiyəli professor Ahmet Ercan bildirib ki, növbəti zəlzələnin istiqaməti cənuba doğru dəyişib. "Osmaniyə, Adana və Hatay yüksək potensial zəlzələnin baş verəcəyi bölgəyə daxil olub. Burada orta güclü zəlzələlər gözləmək olar. Böyük zəlzələ üçün hələ tezdir", - deyə o bildirib.

Qeyd edək ki, episentri Kahramanmaraş vilayətində yerləşən 7,7 bal gücündəki zəlzələ Livan, Misir, İraq, Suriya və Kiprdə də hiss edilib.

Oğuz Ayvaz 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı