Kahramanmaraş mərkəzli 10 vilayətə təsir edən və ən çox ziyanın baş verdiyi vilayətlərdən biri olan Adıyamanın simvollarından biri olan Saat Qülləsindəki saatlar saat 04:17-də dayanıb.
Ednews Haber Globala istinadən xəbər verir ki, Saat Qülləsindəki saatlar o pis anın göstəricisi kimi yol ayrıcında qaldı.
7,7 və 7,6 bal gücündə baş verən dağıdıcı zəlzələlər insanları evlərindən, yaxınlarından məhrum edib. Digər tərəfdən, zəlzələdə dağılmış binaların dağıntıları üzərində işlər davam edir.
Aynurə İsmayılqızı