Mərhum siyasətçi Vladimir Jirinovskinin nigahdankənar oğlu Moskva restoranlarından birində şam yeməyindən sonra qalmaqal yaradıb. Daha sonra isə o, polisə hücum edib.
Ednews xəbər verir ki, bu barədə mənbəyə istinadən REN TV məlumat yayıb.
Fevralın 14-də Oleq Eydelşteyn Lubyanka küçəsində yerləşən gürcü restoranında nahar edib və orada dava salıb.
Qalmaqaldan sonra restoran rəhbərliyi hüquq mühafizə orqanlarına müraciət ediblər. Hadisə yerinə gələn polislər Jirinovskinin oğlunu şöbəyə aparıblar. Orada Eydelşteyn sakitləşməyib, əksinə, təhlükəsizlik qüvvələrini təhqir etməyə başlayıb, daha sonra o, polis əməkdaşlarından birinə hücum edib. Zərərçəkmiş həkimə müraciət etməli olub, həkimlər ona körpücük sümüyündə əzilmiş xəsarət diaqnozu qoyublar.
Zərərçəkmişin həmkarları Eydelşteynə qarşı inzibati xəta haqqında protokol tərtib ediblər. Hazırda Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırma aparır.
Zinyət Dövlət qızı