Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdə ən çox dağıntı və insan tələfatının yaşandığı yerlərdən biri də Hatay olub.
Ednews Haber Türkə istinadən xəbər verir ki, “sivilizasiyalar şəhəri” kimi tanınan bu məkanda bir çox tarixi inanc mərkəzləri olan binalar da dağılıb. Dağılan məscid, sinaqoq və kilsə kimi tikililərdən fərqli olaraq, zəlzələdə bəzi tarixi tikililərə ziyan dəyməyib.
2000 il əvvəl Roma dövründə inşa edilən Titus Tuneli dağıdıcı zəlzələdən xəsarətsiz çıxıb. Dağdan gələn suyun qarşısını almaq üçün Roma İmperatoru Vespasian tərəfindən inşa edilən tunel “dünyanın əllə hazırlanmış ən böyük tuneli”olaraq bilinir. Bildirilir ki, hündürlüyü 7 metr, uzunluğu 1380 metr olan tunel məhbuslar tərəfindən çəkiclərdən istifadə edilərək inşa edilib.
Aynurə İsmayılqızı