Rusiya ABŞ Prezidenti Co Baydenin fevralın 20-22-nə planlaşdırılan Avropa səfəri ərəfəsində genişmiqyaslı nüvə təlimlərinə başlayıb.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Strateji nüvə qüvvələrinin komponentlərinin dəniz və quru bazalı ballistik raketlərin, eləcə də havadan buraxılan qanadlı raketlərin buraxılışı üçün hazırlanması təsdiqlənib.
Həmçinin Tambov aviabazasında uzaqmənzilli aviasiya komandanlığının köməkçi komanda məntəqəsi yerləşdirilib.
“Rusiyanın hərbi-siyasi rəhbərliyinin bu cür hərəkətləri, xüsusən də, Co Baydenin fevralın 20-22-nə planlaşdırılan Avropa səfərinə birbaşa nüvə şantajı yolu ilə müdaxilə etmək və Ukraynaya beynəlxalq dəstəyi zəiflətmək cəhdidir” press-relizdə deyilir.
Zinyət