Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa və Şimali Amerika regionu üzrə Dövlət naziri Leo Dokerti xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Ednews xəbər verir ki, bu barədə britaniyalı nazir "Twitter" hesabında məlumat verib.
"Mən Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşı olan Azərbaycanda, Bakıdayam.
XİN rəhbəri Ceyhun Bayramov ilə söhbətimdə Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini bir daha vurğuladım", - deyə Dokerti qeyd edib.