Milli Müdafiə naziri Hulusi Akar Kahramanmaraşda və digər vilayətlərdə baş verən zəlzələ nəticəsində 100 əsgərin həyatını itirdiyini, 66 əsgərin yaralandığını deyib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “ensonhaber.com” saytı yayıb.
O, eyni zamanda 1 baş leytenantın və 1 leytenantın itkin düşdüyünü bildirib.
Xatırladaq ki, Türkiyə tarixinin ən böyük fəlakətini fevralın 6-da yaşayıb. Ardıcıl olaraq 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər 11 əyaləti dağıdıb.
Minlərlə vətəndaşın dağıntılar altında həlak olduğu faciəli hadisənin ilk anlarından əsgərlər kazarmalarını tərk edərək zəlzələ bölgələrinə gediblər.
Bölgələrdə ərzaq paylanmasından tutmuş dağıntıların təmizlənməsinə qədər hər sahədə iştirak edən əsgərlər zəlzələ qurbanlarını bir an belə tək qoymayıb.