İranın SEPAH qüvvələrinin məqsədi ABŞ-nin keçmiş Prezidenti Donald Tramp, ölkənin keçmiş dövlət katibi Maykl Pompeo və ABŞ Mərkəz komandanlığının rəhbəri, general Kennet Makkenzini öldürməkdir.
Ednews “Azad İran“a istinadən xəbər verir ki, bunu SEPAH-ın Aerokosmik Qüvvələr komandanı Əmir Əli Hacızadə bildirib.
"Qasım Süleymaninin qisasını almaq üçün Amerikanın İraqdakı Eyn-əl-Əsəd hərbi bazasına hücum etməkdə məqsədimiz bir qrup bədbəxt əsgəri öldürmək deyildi. Biz Trampı, Pompeo və Makkenzini öldürmək niyyətindəyik", - deyə SEPAH komandanı etiraf edib.