Türkiyədə zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Kahramanmaraş vilayətinin Ekinözü rayonunda baş verən zəlzələnin gücü 4,4 bal olub.
Hadisə yerli vaxtla saat 05:23-də qeydə alınıb.