“Bu gün əsas diqqət Qarabağa deyil, Zəngəzur bölgəsinə yönəlib. Oranın itirilməsi həm Ermənistan, həm də İran üçün geosiyasi risklər yaradacaq”.
Ednews Snn.ir nəşrinə istinadən xəbər verir ki, bu fikirləri iranlı ekspert, “Müasir Dünya” Araşdırmaları İnstitutunun direktoru Şüeyb Bəhmən “Qafqazda geosiyasi balans” adlı seminarda səsləndirib.
O, xatırladıb ki, 2020-ci il Qarabağ müharibəsi Azərbaycan-Ermənistan münaqişəsində ən böyük qarşıdurma idi:
“Bu baxımdan həmin müharibəyə kiçik müharibə kimi baxmamalıyıq. İndi isə Qarabağ məsələsi ikinci plana keçib və əsas hədəf Ermənistanın cənubuna yönəlib”.