Ukrayna silahlı qüvvələri may ayında hücuma keçə bilər.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Politico” ABŞ rəsmilərinə istinadən yayıb.
Nəşr yazır ki, iki variant var. Cənuba Krıma və ya şərqə doğru irəliləmək, sonra cənuba getmək, Krımın Rusiya ilə quru əlaqəsini kəsmək lazımdır.
Rəsmilərin fikrincə, birinci variant qeyri-realdır, çünki Rusiya Dnepr çayının şərq sahilində müdafiəni gücləndirib və Ukraynanın belə qüvvələrə qarşı uğurla əməliyyat keçirmək üçün canlı qüvvəsi yoxdur.
İkinci variant isə Krıma gedən quru yolu kəsmək daha çox ehtimal olunur.