Fransız polisi mərakeşli jurnalistə irqçi şüar səsləndirib: "Qayıt ölkənə" - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Fransız polisi mərakeşli jurnalistə irqçi şüar səsləndirib: "Qayıt ölkənə"

Dünya A- A A+

Fransada pensiya islahatlarına qarşı keçirilən aksiyanı lentə alan jurnalistə polislər mane olublar.

Ednews xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qeyd olunub ki, polislər Mərakeş əsilli jurnalistə “evinə get” deyərək gözyaşardıcı qazdan istifadə edib.

"Loopsider” video-xəbər platformasının operatoru Amar Taoualitin polislərə jurnalist olduğunu xatırladıb. Buna baxmayaraq, onlar buna məhəl qoymayıblar.

"Mən işləyirəm, mən jurnalistəm. Siz jurnalistlərə hücum edirsiniz. Mənim mətbuat kartım var. Hazırda çəkiliş edirəm, diqqətli olun, bu yayımlanacaq”, - jurnalist cavab verib.

O, mətbuat kartını göstərsə də, polis Amar Taoualitiyə qarşı ikinci dəfə gözyaşardıcı qazdan istifadə edib və onun çəkiliş aparmasına mane olub.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...