Aprelin 4-də Brüsseldə alyans ölkələrinin xarici işlər nazirlərinin görüşündə Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü olacaq.
Ednews xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq səsləndirib.
Onun sözlərinə görə, Finlandiya prezidenti Sauli Niinistö rəsmi qəbul mərasimində iştirak etmək üçün Brüsselə gələcək.