Türkiyənin yerli avtomobil markası olan “TOGG”un ilk nümunəsi Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılıb.
Ednews Türkiyə KİV-nə istinadən xəbər verir ki, maşın Ərdoğana və xanımı Əminə Ərdoğana Prezident sarayında təşkil edilən mərasim zamanı hədiyyə edilib.
“Türk əsrinin ilk bəhrələrindən biri olan “TOGG” bütün millətimizə xeyirli olsun”, - deyə Ərdoğan bildirib.