“Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması Rusiya Prezidenti Putin üçün dərs olmalıdır”.
E xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles açıqlamasında bildirib.
“Finlandiyanın NATO-ya üzvlük müraciəti təsdiqlənib. Bu ölkəni təşkilatda salamlayıram.
Finlandiya Putin üçün dərs olsun. Bu ölkə öz iradəsi ilə təşkilata üzv olmaq qərarına gəlib”, - deyə nazir qeyd edib.