"Rusiya ordusu Donbasda istədiyinə nail ola bilmir. Bu baxımdan rus generallarının işdən çıxarılması prosesi sürətlənəcək".
Ednews xəbər verir ki, informasiya Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında yer alıb.
Mənbə xatırladır ki, general-polkovnik Rüstəm Muradov Ukraynadakı Şərqi Qüvvələr Qrupunun (ŞQV) komandanı vəzifəsindən azad edilib.
Britaniya kəşfiyyatının məlumatına görə, Muradovun komandanlığı altında olan ŞQV son aylarda olduqca böyük itkilər verib, çünki düşünülməmiş hücumlar dəfələrlə Donetsk vilayətinin Uqledar şəhərinin ələ keçirilməsinə mane olub.
Əməliyyatlar müxtəlif rus şərhçiləri, o cümlədən Muradovun şəxsi qoşunları tərəfindən kəskin ictimai qınağa səbəb olub.
Yeri gəlmişkən, rus ordusunun Kiyevə uğursuz hücumdan sonra Muradov bu vəzifəyə gətirilmişdi.
"Hazırda o, 2023-cü ildə vəzifəsindən uzaqlaşdırılan ən yüksək rütbəli rus hərbçisidir, lakin Rusiya Donbasda hələ də öz məqsədlərinə nail ola bilmədiyi üçün çox güman ki, belə xəbərlər çox olacaq", - Britaniya Müdafiə Nazirliyi qeyd edib.