Tramp Baydenin yenidən namizədliyini irəli sürə biləcəyinə şübhə etdiyini açıqlayıb.
Ednews xəbər verir ki, Donald Tramp, Fox xəbər kanalına verdiyi müsahibədə, Co baydenin gələn il ABŞ prezident seçkilərində iştirak edə biləyəcəyinə inanmadığını deyib.
Tramp qeyd edir ki, bunun Baydenin yaşı ilə əlaqəsi yoxdur, sadəcə olaraq onun səhhətində problemlər var. Trampın fikrincə, Bayden bir neçə aydır ki, mətbuat konfransı keçirmir, baxmayaraq ki, dünya Üçüncü Dünya müharibəsinin astanasındadır.
Eks-prezident vurğulayıb ki, onun hakimiyyəti dövründə dövlətlər Rusiya ilə qarşılıqlı faydalı işləyə bilərdi, lakin buna Moskvanın Amerika seçkilərinə müdaxiləsi ilə bağlı saxta iş mane oldu.
Tramp qeyd edib ki, saxta araşdırma Demokratik partiya tərəfindən təşkil edilirdi və siyasətinə görə Rusiya ABŞ – dan fərqli olaraq, çox güclüdür .
Leyla