Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakının təsdiqlənməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Ednews-a federasiyadan verilən məlumata istinadən xəbər verir ki, Azərbaycan iştirakını təsdiq edib.
Ölkəmizi yarışda Nazilə İmsayılova, İsa Rüstəmov, Ömər Cavadov və əli Şükürlü təmsil edəcək.
Xatırladaq ki, təsnifat xarakterli yarış İrəvanda 15-23 aprel tarixlərində keçiriləcək. Çempionat Paris Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək.