Türkiyənin ilk yerli peyki olan İMECE-nin kosmosa buraxılışı hava şəraitinin əlverişsiz olması səbəbindən təxirə salınıb.
Ednews Türkiyə mediasına istinadən xəbər verir ki, daha əvvəl iki dəfə təxirə salınan peyk buraxılışı bu gün Türkiyə vaxtı ilə saat 09:48-də baş tutacaqdı.
Tədbirdə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Müdafiə və Texnologiya naziri Mustafa Varank iştirak ediblər.
Məlumata görə, İMECE-nin kosmosa göndərilməsi üçün yeni tarix yaxın zamanlarda açıqlanacaq.