İranda 2015-ci ildən 2022-ci ilə qədər həyata keçirilən edamların sayı ən yüksək həddə çatıb.
Ednews xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 2021-ci illə müqayisədə edamlarda 75 faiz artım qeydə alınıb və 2017-ci il islahatlarından sonra qəbul edilmiş narkotiklə mübarizə haqqında qanunun praktikada tətbiqi ilə bağlı ciddi dəyişikliklər baş verib.
Edam edilən şəxslər arasında etnik azlıqların sayı hədsiz üstünlük təşkil edir və ölüm hökmünə məhkum edilənlər arasında yetkinlik yaşına çatmayanlar və 16 qadın qeydə alınıb.
Məhsa (Jina) Əminin öldürülməsi ilə başlayan geniş miqyaslı nümayişlərdən sonra həbs edilən etirazçılar günahlarını etiraf etmələri üçün sistematik işgəncələrə məruz qalaraq İnqilab Məhkəmələrində mühakimə ediliblər.
Məhkəmə prosesləri vəkillərlə müttəhimlərin görüşdürülməməsi, ədalətli istintaqın aparılmaması və sonda dörd etirazçının edam edilməsi ilə nəticələnib.