İranın bir sıra universitetlərində məcburi hicaba və ali məktəblərdə ağır intizam hökmlərinə etiraz edən tələbələr dərsləri dayandırıblar.
Ednews xəbər verir ki, bu barədə Tələbə Həmkarlar İttifaqı Şuraları məlumat yayıb.
Oturaq aksiyaya başlayan narazı tələbələr son etirazlara dəstək verdiklərini bildiriblər.
Etirazçılar məktəblərdə şagirdlərin zəhərlənməsinə etiraz etdikləri üçün universitetlərdən qovulan tələbələr barəsində çıxarılan qərarların ləğv edilməsini tələb ediblər.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.