"400-ə yaxın erməni məktəbi qonşu ölkələrin dillərinin tədrisində maraqlıdır".
Ednews xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan parlamentin növbədənkənar iclasında “Ermənistan hökumətinin ötən il üzrə proqramının (2021-2026) icrasının gedişi və nəticələri haqqında” hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, məktəblər könüllülük əsasında qonşu ölkələrin dillərinin öyrənilməsini öz proqramlarına daxil edə bilərlər:
“Ən böyük maraq Türk dilinin tədrisinədir. Hələlik həm Türk, həm də Azərbaycan, fars və gürcü dilləri üzrə müəllim tapmaq çətindir”.