Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbulda yerləşən seçki mərkəzinin qarşısında silahlı insident yaşanıb.
Ednews “CNN Türk”ə istinadla xəbər verir ki, motosikletdə olan 2 nəfər partiyanın Bahçelievlerdə yerləşən bürosunun qarşısından keçərkən onlardan biri havaya atəş açıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Şübhəlilərin saxlanılması istiqamətində tədbirlər davam edir.